Bazar ertəsi , 14 Oktyabr 2019
Home » İdman » Dünya Kuboku: Teymur Rəcəbov finalın beşinci “tay-breyk”ində qələbə qazanıb

Dünya Kuboku: Teymur Rəcəbov finalın beşinci “tay-breyk”ində qələbə qazanıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında beşinci “tay-breyk” görüşünü keçirib.

32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib.

Beşinci duel 76-cı gedişdən sonra Rəcəbovun qələbəsi ilə bitib. Bir azdan növbəti görüş oynanılacaq. Azərbaycan şahmatçısı ən azı heç-heçə edəcəyi təqdirdə Dünya Kubokunun qalibi olacaq.


*** 17:38

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında dördüncü “tay-breyk” görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. Dördüncü duel 30-cu gedişdə heç-heçə bitib. Bir azdan həlledici partiya başlayacaq.


16:58***

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında üçüncü “tay-breyk” görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib. Üçüncü duel 41-ci gedişdə heç-heçə bitib. Bir azdan dördüncü qarşılaşma başlayacaq.


*** 16:18

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ikinci “tay-breyk” görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qara fiqurlarla üz-üzə gəlib. 40-cı gedişdə tərəflər heç-heçəyə razılaşıblar. İlk “tay-breyk” görüşündə də eyni hesab qeydə alınmışdı.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) “tay-breyk” oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


*** 15:15

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ilk “tay-breyk” görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. İlk duel 64-cü gedişdə heç-heçə ilə bitib. Bir azdan ikinci qarşılaşma başlayacaq.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) “tay-breyk” oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Check Also

Karateçi Rafael Ağayev: “Nəhayət ki, tilsimi qırdım” – MÜSAHİBƏ

Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi Azərbaycan karateçisi Rafael Ağayev APA-nın Moskva müxbirinə …