Çərşənbə , 5 Avqust 2020
Home » Dünya » Dünyada bir gündə COVID-19-a rekord yoluxma qeydə alındı

Dünyada bir gündə COVID-19-a rekord yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı 12,1 milyonu ötüb, virusdan 551 mindən çox insan ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 12 102 328 insan koronavirusa yoluxub, 551 046 pasiyent ölüb. Son sutkada virusa 228 102 yeni yoluxma aşkarlanıb, 5 565 nəfər ölüb.

“Reuters” agentliyi bildirib ki, pandemiyanın başlanğıcından ötən gün ərzində dünyada koronavirusa ən böyük sayda yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Check Also

Medvedev Azərbaycan və erməni diasporlarına xəbərdarlıq edib

Rusiyanın sabiq Prezidenti və Baş Naziri, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan və erməni …