Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Cəmiyyət » Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları üstələyib

Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları üstələyib

Dünyada insanlara 104 milyondan çox doza koronavirusa qarşı peyvənd vurulub ki, bu da pandemiyanın başlanğıcından bəri COVID-19-a yoluxanların ümumi sayından çoxdur.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Bloomberg” agentliyinin hökumət saytlarından, mətbuat konfranslarından, açıq bəyanatlardan və agentliyə verilən müsahibələrdən əldə etdiyi məlumatlar əsasında apardığı hesablamada görmək olar.

Agentliyin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 103,8 milyondan çox insan koronavirusa yoluxub. ABŞ-da yoluxanların sayı 26 milyonu nəfəri keçib. Bu göstərici Hindistanda 10 milyon, Braziliya milyona çatır.

Digər tərəfdən, 66 ölkənin sakinlərinə tətbiq olunan aşı dozalarının sayı 104 milyonu keçib.

Agentliyin məlumatına görə, dünyada gündəlik təxminən 4,22 milyon doza vaksin vurulur. Hesabalamalara görə, bu sürətlə əhəmiyyətli qlobal immunitet səviyyəsinə çatmaq üçün illər lazım gələcək. Ancaq digər yandan, vaksinasiya tempi durmadan artır və tezliklə digər istehsalçılardan da yeni peyvəndlər ərsəyə gələ bilər.

Vaksinasiya tempinə görə ABŞ, Çin, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, İsrail, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri liderdir.

Check Also

Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb

Baş Prokurorluq Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlara müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı …