Cümə axşamı , 21 Oktyabr 2021
Home » Dünya » Dünyada koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı azalıb

Dünyada koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı azalıb

Son bir həftə ərzində dünyada 3,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 60 minə yaxın pasiyent ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, son yeddi gündə (13-19 sentyabr – Red) yeni yoluxma sayı 9%, ölümlər isə 7% azalıb.

Yoluxma sayında azalma daha çox Şərqi Aralıq dənizi sahillərində ( 22%), Cənub -Şərqi Asiyada (16%) və Qərbi Sakit Okeanı regionunda (11%) qeydə alınıb. Afrikada isə əksinə yoluxma sayında 4 faizlik artım qeydə alınıb.

Ölüm halları xüsusilə Cənub-Şərqi Asiyada (27%) və Şərqi Aralıq dənizində (20%) azalıb. Eyni zamanda, Qərbi Sakit Okean bölgəsində (7%) və Avropada (1%) artıb.

Sentyabrın 13-dən 19-dək dünyada 3 671 232 nəfərin koronavirus testi müsbət olub, onların 59 839-nun həyatını xilas etmək olmayıb. Sentyabrın 19-na olan məlumata görə, dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 227 940 972 nəfər təşkil edir. Pandemiyanın başlanmasından bəri isə 4 682 899 nəfər ölüb.

Check Also

Türkiyə Ombudsmanı Ermənistanın törətdiyi cinayətlərlə bağlı hesabatı açıqlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türkiyə İnsan Hüquqları və …