Çərşənbə axşamı , 2 Mart 2021
Home » Digər ölkələr » Dünyanın gözü sabah bu şəhərdə olacaq: Bayden andiçməyə hazırlaşır

Dünyanın gözü sabah bu şəhərdə olacaq: Bayden andiçməyə hazırlaşır

Vaşinqton şəhərində ABŞ-ın 46-cı prezidenti seçilən Cozef Baydenin andiçmə mərasiminə hazırlıqlar davam edir.

Boyukmillet.com xəbər verir ki, ölkə tarixində 59-cu dəfə keçirilən prezident seçkisinin inauqurasiya mərasimi yanvarın 20-i yerli vaxtla 09:00-da Kapitoli yaxınlığında baş tutacaq.

Artıq mərasim ərəfəsində Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi məlumata görə, hazırda Milli Qvardiyanın 20 min hərbçisi və hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keşik çəkir. Ağ evin ətrafı maneələrlə hasara alınıb, mərkəz küçələrə gedən bir çox yollar tamamilə bağlanıb.

C.Bayden təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, andiçmə mərasimində iştirak edəcək. Hazırkı prezident Donald Tramp inauqurasiyaya qatılmayacaq. Keçmiş prezidentlər Barak Obama, Corc Buş və Bill Klintonun mərasimdə iştirakı gözlənilir.

Eyni zamanda ABŞ-ın yeni prezidentinin inauqurasiyasına həsr edilən parad pandemiyaya görə qoyulmuş məhdudiyyətlətə uyğun olaraq virtual qaydada keçiriləcək və yerli televiziyalar vasitəsilə canlı yayımlanacaq.

C.Bayden andiçmə mərasimindən sonra həyat yoldaşı Cill Bayden, yeni seçilmiş vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Daq Emhoff Kapitoli binasının arxa hissəsində ənənəvi olaraq hərbi qüvvələrin hazırlığını yoxlayacaq. Daha sonra ABŞ ordusunun təmsilçilərinin müşayiətilə Vaşinqtonun 15-ci küçəsindən Ağ evə qədər ənənəvi prezident yürüşünü edəcək.

İnauqurasiyada məşhur müğənnilər Qart Bruks, Ledi Qaqa və Cenifer Lopez çıxış edəcəklər.

Qeyd edək ki, Kamala Harris andiçmə mərasimindən sonra ABŞ-da vitse-prezident vəzifəsini icra edən ilk qadın olaraq tarixə düşəcək.

Check Also

Tramp Baydenin siyasətini kəskin tənqid edib

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin …