Bazar ertəsi , 25 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi » Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı

Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

Oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə atəş açır.

Düşmən tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb. Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

Check Also

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqhazırlıq qrupları üçün məktəblərdə …