Cümə , 13 Fevral 2026
Drone Cameras

Düşməndən daha bir təxribat – Hərbçimiz yaralandı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Bu barədə Open.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Check Also

“Onlar Ramiz Mehdiyevdən danışmağa bu səbəbdən qorxurlar”- Sabiq deputatdan sensasion MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, məşhur YAP üzvü Musa Musayev …