Cümə axşamı , 9 Aprel 2020
Home » Siyasət » ” Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar “

” Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar “

Məlum olduğu kimi Koronavirusla bağlı Türkiyədən Naxçıvana gətirilən bir qrup vətəndaşımız Duzdağ sanatoriyasında yerləşdirilib. Onlara burada bütün lazım olan şərait yaradılmış və karantin dövrünü qaydalara uyğun olaraq vətəndaşlarımızı rahat bir şəkildə keçirmələrinə sanatoriyanın bütün imkanları təchiz edilmişdir. Bütün bunlar öz yerində. Təəsüflər olsun ki, dünyanı cənginə alan Koronavirusla mübarizədə ölkəmizdə də təxirə salınmaz tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlərə dəstək vermək əvəzinə, insanlarımızı virusa qarşı maarifləndirmək əvəzinə bir qrup sapı özümüzdən olanlar provakasiya ilə məşğuldurlar. Guya tələbələr antisanitariya, şəraitsiz bir mağaraya atılıblar. Baxın, bunları deyən ancaq xəstə təxayüllü birisi ola bilər. Bu insanın necə ola bilər ki, məşhur Duzdağ haqqında məlumatı olmasın. Təbii ki, desələr də məlumatsızıq mən inanmaram. Çünki həmin tələbələr içərisində bəziləri xaricdə antimilli qruplara qoşulublar. Onlardan ölkəmizə qarşı müəyyən aksiyalar da istifadə edilib. Guya Türkiyədə təhsil alırlar, attestatla qəbul olunublar, orada da təhsil əvəzinə avaraçılıq edirlər. İndi də dünyada ağciyər üzrə məşhur şəfa ocaqlarından biri olan Duzdağı haqqında dezinformasiya yayıb, hökümətin həyata keçirtdiyi karantin fəaliyyətini sabotaj edirlər. Oradakı karantin qaydalarını pozmağa cəhd edirlər. Bir neçə nəfərin özünü uşaqlığa qoyub, yaramaz kimi aparmasına təbii ki, göz yumulmamalıdır.

Təşəkkür etməlisiz ki, dövlətimiz sizi Naxçıvanda ən yüksək şəraiti olan bir sanatoriyada karantində saxlayır. Ölkəmizdə və xaricdə bronxit xəstələr burada müalicə olunmaq üçün bəzən aylarla növbə tuturlar. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan, Allahın xalqımıza vermiş olduğu Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar.

Samir Adigözəlli, İSBAM sədri

Check Also

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və …