Cümə , 22 Noyabr 2019
Home » Dünya » Elçibəyin sabiq silahdaşı müxalifət liderlərini topa tutdu

Elçibəyin sabiq silahdaşı müxalifət liderlərini topa tutdu

Elçibəy onlara “adam olun” deyərdi

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin yaxın silahdaşı Cahandar Bayoğlu müxalifət liderlərini Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Bulağı” (“Barış Pınarı”) hərbi əməliyyatını dəstəkləməməkdə ittiham edib.

Boyukmillet.com bildirir ki, Cahandar Bayoğlu həmin şəxsləri özünün “facebook” səhifəsində yazdığı statusda suçlayıb:
“Bu gün partiya sayılan Müsavat , AXCP, KXCP, XP kimi qrupların liderlərinin statuslarına göz gəzdirdim. Açığı deyim ki, bu adamlara yazığım gəldi. Özünü feminist sayan, milli dəyərləri tapdalayan birisini gündəmə gətirib bəyanatlar verən bu adamların heç birindən Türkiyənin “Barış Pınarı” hərbi hərəkatı ilə bağlı bir yazıya rast gəlmədim. Mirmahmud bəy və Pənah bəy Professor Firudin bəylə bağlı yazılar yayıblar. Bu yerdə Elçibəy onlara üzünü tutub deyərdi: “Adam olun, millətin haqlı mübarizəsinə tərəf tutun. Firudin bəy mənim haqqımı danır, olsun. Bu cəfəngiyyatlara zaman ayırıb, milləti unutmağı sizə deməmişdim”.

Arif Hacılı və İsa Qəmbər partiyanın qurultayı haqqında yazıb, Əli Kərimli isə piketlərdən.
Bəylər, siz dünyada gedən proseslərdən və millətin inkişaf dinamikasından çox geridəsiniz, qaçsanız da çata bilməyəcəksiniz.

Xalq biganə deyil, Azərbaycan Türkü Türkiyə ilə birlikdə, əsgəri ilə əl-ələdir”.

Check Also

“Yeni Yasamal”da avtobus dayanacağını zəbt edən kimdir? – FOTO

Paytaxtın “Yeni Yasamal” ərazisində yaşayan bir qrup vətəndaş “Azinforum”a müraciət edərək , həmin məhəllədəki “Bizim …