Bazar ertəsi , 26 Avqust 2019
Home » Cəmiyyət » Elmi Araşdırmalar İctimai Birliyinin Təşkilatçılığı Ilə “Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol” Sənədli Filmi Ictimaiyyətə Təqdim Olunub

Elmi Araşdırmalar İctimai Birliyinin Təşkilatçılığı Ilə “Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol” Sənədli Filmi Ictimaiyyətə Təqdim Olunub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Elmi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol” sənədli filmi ictimaiyyətə təqdim olunub.layihənin həyata keçirilməsində əsas məqsəd son iki əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə, soyqırım və deportasiya siyasətinin, habelə bunun nəticəsində xalqımızın minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərinin adlarının dəyişdirilərək erməniləşdirilməsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu sənədli filmdə ermənilərin özləri etiraf edir ki, yüz minlərlə azərbaycanlı məcburi surətdə min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından SSRİ Nazirlər Sovetinin qərarı əsasında didərgin salınıb və xalqımıza məxsus yüzlərlə yaşayış məskəninin tarixi adları dəyişdirilib. Bundan başqa rus dilində çəkilmiş filmdə Ermənistanın tarixini araşdıran erməni tədqiqatçıların etirafları, həmçinin Ermənistan Respublikasının sakinləri olmuş azərbaycanlıların xatirələri yer alıb. “Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol” sənədli filmində Ermənistan adlanan tarixi Qərbi Azərbaycanın mahalları olan Vedibasar, Göyçə, Zəngəzur, Qara Kilisə və Amasiya rayonlarının kəndlərinin dəyişdirilmiş tarixi adlarının, bu yaşayış məskənlərində zamanında yerli xalq azərbaycanlılar olduqları barədə görüntüləri təqdim olunur, bütün bunlar erməni tarixçilərinin və gəlmə erməni sakinlərinin ifşaedici çıxışları ilə müşayiət edilir. Sənədli filmdə müxtəlif sahələrin mütəxəssisləri danışır: tarixçilər, arxeolaqlar, teatrşünaslar, etnoqraflar və sadə ermənilər. “Burada emənilər yaşamayıb, Azərbaycan türkləri yaşayırdı. Biz bura İran və Türkiyədən gəlmişik”.“Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol” adlı sənədli film Azərbaycan əleyhinə informasiya müharibəsi aparan düşmənlərə qarşı güclü ideoloji, siyasi, tarixi və informasiya silahım olmaqla yanaşı, Qərbi Azərbaycan və onun tarixi abidələrinə, yerli türk əhalisinə qarşı törədilmiş cinayətə görə tarixi-mənəvi məsuliyyətin müəyyən edilməsi üçün əsaslı faktoloji baza hesab oluna bilər. Film, “hücum diplomatiyası”nın əsas tərkib hissəsindən biri kimi, tutarlı və təkzibolunmaz arqumentləri ilə indiki və gələcək nəsillər üçün informasiya müharibəsində faktoloji arxiv video materialların dünyanın istənilən nöqtəsindən əldə edilməsi baxımından zəruri məlumatlarla zəngindir. Filmin təqdimatında Milli Məclisin Deputatları, Türkiyə səfirliyinin nümayəndəsi, ictimai xadimlər, QHT sədrləri, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edib. Filmin layihə rəhbəri regionşünas Telman Qaımov, rejissoru Namiq Zeynalov, elmi redaktor Aygün Həsənoğlu, rəyçilər Elməddin Behbud və Rəsmiyə Sabirdir.

Check Also

“Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?” – VİDEOMÜSAHİBƏ

Avqustun 23-də pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib. Mərasim R.Atakişiyevin yaşadığı binanın həyətində (Bakı şəhəri, …