Şənbə , 2 Dekabr 2023

Elmir Vəlizadə: “Azərbaycanda kritik informasiya infrastrukturu sahəsində hüquqi baza formalaşdırılır”

Son dövrlərdə Azərbaycanda kritik informasiya infrastrukturu sahəsinə dair normativ-hüquqi bazanın formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində adımlar atılır.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli sistemlər səviyyəsinə gəlib: “Bu, onun vacibliyini gündəlik həyatımızda olan önəmini göstərir. Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir. Bu sahədə vacib texnologiyaların tətbiqi, milli standartlarımızın işlənməsi və tətbiq edilməsi bizim üçün çox mühümdür”.

Check Also

Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-ın “Fortinet” şirkəti arasında …