Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Elmira Axundovaya cinayət işi açılmalıdır” – Açıqlama

“Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu?”

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq” – S.Cəlaloğlu qeyd edib.

Check Also

TƏCİLİ: Əvəz Zeynallının məhkəməsi keçiriləcək – Onun haqqında hansı qərar veriləcək?

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Qisuri Zeynallı öz facebook səhifəsində …