Cümə , 29 Mart 2024
Drone Cameras

Elşad Abdullayev “Miatsum” liderinin yanında necə gözükölgəli olub

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, AR Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan, ermənipərəst Fransada özünə sığınacaq tapan Elşad Abdullayevin Azərbaycanın yüksək vəzifəli şəxslərinin, o cümlədən hüquq-mühafizə və cinayət təqibi orqanlarının rəhbərlərinin ünvanına şər-böhtan kampaniyası apardığı xarici saytlarda, internet kanallarında çıxışlarından onun erməni sevgisi özünü açıq-aşkar göstərir. Özü də bu sevgi heç də onun qaçaq düşməsindən sonrakı dövrdə ortaya çıxmayıb, daha əvvəllərə təsadüf edir. Yəni, ermənilərə olan simpatiyası yalnız ona qarşı cinayət işlərinin başlandığı 2012-2013-cü illərdən sonra təzahür etsəydi, hardasa incikliyinin və (və ya) qisasçılıq hisslərinin əlaməti kimi qəbul edilə bilərdi.
Amma yox! Elşad Abdullayev yaydığı videoqeydlərdən birində SSRİ-nin süqutu ərəfəsində Bakıda 20 yanvar qırğınını törətmiş Mixail Qorbaçovun köməkçisi olmuş erməni politoloq Levon Qrantoviç Melik-Şahnazaryanla yaxın əlaqələrindən danışır. Levonun 2015-ci ildə avtoqəzaya düşüb ölməsini xatırlayan Elşad Abdullayev öz nitqində dəfələrlə “rəhmətə getdi” sözünü işlədir və onun yas mərasiminə getdiyini yada salır. Təsəvvür edin, bir müsəlman-azərbaycanlı “alim-rektor” bir erməni millətçisinin, şovinist “Miatsum” hərəkatının liderinin, qondarma DQR”-in Ali Sovetinin Rəyasət Heyəti üzvünün yasında necə iştirak edə, onun ruhuna necə rəhmət oxuya bilər? Axı 2015-ci ildə hələ torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında, milyon soydaşımız qaçqın və köçkün vəziyyətdə, şəhidlərimizin qanı alınmamış idi.
Həmin video-materialda Elşad Abdullayev həmçinin Şahnazaryanın yanında dolayısı ilə gözükölgəli olduğunu xatırladır. Deyir ki, 2000-ci ildə Moskvada müdafiə etdiyi doktorluq işi Dağlıq Qarabağ mövzusuna həsr olunduğundan, problemlə üzləşibmiş, məhz Şahnazaryanın köməkliyi ilə işi “aşıra” bilib. Bir sözlə, alim adı almaq üçün erməniyə “dayı” deyib, I Qarabağ savaşında ölən şəhidlərimizi də unudub. Maraqlıdır, görəsən gorbagor Şahnazaryan Abdullayevə doktorluq işinin mətnində ermənilərin xeyrinə hansı kardinal korrektə işlərini, düzəliş və əlavələri aparmağı tövsiyə edib ki, iş alınsın? İstisna deyil ki, Elşad Abdullayev 23 aprel 2004-cü ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü, 4 dekabr 2008-ci ildə Rusiya Hüquq Elmləri Akademiyasının həqiqi üzvü, akademiki “seçiləndə” də Şaxnazaryanın və Akademiyadakı digər erməni alimlərin himayəsindən faydalanıb. Maraqlıdır ki, Elşad Abdullayevdən bir il sonra 2005-ci ilin aprel ayının 27-də keçmiş təhsil nazirimiz Misir Mərdanov da Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilib.

Check Also

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …