Şənbə , 20 Aprel 2024
Drone Cameras

Elşad Abdullayevin oğlu Sarkisyanın qızına 4.5 milyon borc verdi – FOTO-VİDEOFAKT

Azərbaycandan qaçaraq Fransaya sığınan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin oğlunun  Moskvada ermənilərlə əməkdaşlığı üzə çıxıb.

Boyukmillet.com xəbər verir ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvada ikili vətəndaşlıq alıb. Hal-hazırda orada məskunlaşır və ailəsindən ayrı yaşayır. Elşad Abdullayevin oğlu evli deyil və rəsmi olaraq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub. 

Redaksiyamıza Elşad Abdullayevin oğlu ilə ermənilərlə sıx əməkdaşlıq etdiyini sübut edən fakt daxil olub.

Göndərilən materiallardan aydın olur ki, Elşən Abdullayev Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızı arasında notarial qaydada borc müqaviləsi imzalanıb. MÜqaviləyə əsasən erməni qızına 4.5 milyon rus rublu civarında pul ödənib. Müqavilə şərtlərinə əsasən Sarkisyanın qızı bu pulu istənilən məqsədlər üçün xərcləyəcəyi mümükün hesab edilir.

Azərbaycanda onlarla cinayət törədib ölkədən qaçmağa nail olan Elşad Abdullayev hal-hazırda Fransada yaşasa da oğlu vasitəsilə yenə də ermənilərlə əməkdaşlığını davam etdirir. 

Check Also

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. …