Şənbə , 13 Avqust 2022
Home » Gündəm » Elton Məmmədovla Rövşən Əkbərovun hansı biznes əlaqələri var?

Elton Məmmədovla Rövşən Əkbərovun hansı biznes əlaqələri var?

AMEA aparatının işlər idarəsinin  müdiri Elton Məmmədovun həbsedilən sabiq korpus komandiri general leytenant Rövşən Əkbərovla şərikli biznesi olması baradə sosial şəbəkələrdə məlumatlar yayılıb.

 Elton Məmmədov mətbuata açıqlamasında bildirib ki, mənim Rövşən Əkbərovla heç bir biznesim olmayıb,  indi də yoxdur.

 Elton Məmmədov mətbuata açıqlamasında  Rövşən Əkbərovla dost olduğunu söyləyib.

  “Mənim Rovşən Əkbərovla uzun illərdən bəri sağlam dostluq münasibətim olub. General kimi ona hər zaman hörmət bəsləmişəm. Allah onun köməyi olsun. Rövşən Əkbərov Azərbaycanın milli qəhrəmanıdır”

 Qeyd edək ki, Ziya və Elton Məmmədovların Ukraynada bizneslərinin olduğu və hətta bununla bağlı bir sıra iş adamları ilə mübahisə yaşadığları haqqında müxtəlif informasiyalar mövcuddur.

Check Also

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub – EKSKLÜZİV

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı …