Cümə , 19 İyul 2024
Drone Cameras

Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir

İnklüzivlik BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin mühüm prinsiplərindən biridir.

Boyukmillet.com xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Elvin Əşrəfzadə Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumda çıxışı zamanı deyib.

“Biz gənclərin iqlimlə bağlı danışıqlara cəlb olunmasına böyük əhəmiyyət veririk. Yaxınlarda Bonnda keçirilən sessiyalar zamanı biz gənclərlə görüşərək onları iqlim danışıqlarına, xüsusən də uyğunlaşma ilə bağlı məsələlərə necə inteqrasiya edə biləcəyimizi müzakirə etdik”, – o bildirib.

Check Also

Tatar: “Cənubi Kipr 50 ildir sülhün hökm sürdüyü adanı təhlükə altında qoyur”

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Cənubi Kipr Rum Administrasiyasını (CKRA) İsrailin və bəzi …