Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Sənayə » Elxan Şiriyev: “Qarabağda iş adamlarının fəaliyyəti üçün güzəştlər artırılacaq”

Elxan Şiriyev: “Qarabağda iş adamlarının fəaliyyəti üçün güzəştlər artırılacaq”

Azərbaycanın azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamları üçün bir sıra güzəştlər mövcuddur və hazırda bu güzəştlərin artırılması məsələsinə baxılır.

Boyukmillet.com xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

Onun sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ də var: “Bu, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının cəlbediciliyini artıracaq”.

Xatırladaq ki, hazırda sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azaddır. Bundan başqa, parkın rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Check Also

Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Şirkətinin yerli istehsala yatırımını açıqlayıb

İdxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən “Diamed Development Group” …