Şənbə , 15 Noyabr 2025
Drone Cameras

Ərdoğan: Türkiyə ordusunun istifadəsinə daha 250 “Altay” tankını verməyi planlaşdırırıq

Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 “Altay” tankının verilməsi nəzərdə tutulub.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, yerli döyüş tankının ilk partiyası Türkiyə orsunun istifadəsinə verilib:

“Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil etməyi hədəf kimi qarşımıza qoymuşuq”.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə avropalı müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirir:

“Milli döyüş təyyarəmiz olan “KAAN”ı müəyyənləşdirdiyimiz tarixdə Hərbi Hava Qüvvələrimizin inventarına daxil olacaq”.

Check Also

Azərbaycan polis orqanlarından da alınan məlumatlar əsasında Türkiyədə cinayətkarlara qarşı geniş əməliyyat keçirilib

Azərbaycan polis orqanlarından da alınan məlumatlar əsasında Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat …