Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Siyasət » Erməni diasporu ABŞ Konqresində Azərbaycan əleyhinə düzəliş qəbul etdirdi

Erməni diasporu ABŞ Konqresində Azərbaycan əleyhinə düzəliş qəbul etdirdi

ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejimini möhkəmləndirməyə yönələn düzəliş qəbul edib.

boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçı konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlər Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı bir sıra təkliflərlə çıxış edir.

– Təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların çəkilməsi

– ATƏT-in müşahidəçilərinin sayının artırılması

– Təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunması

Artıq, ABŞ-dakı erməni diasporu düzəlişin qəbul olunasına müsbət reaksiya veriblər. Konqresmen Cudi Çu ermənipərəst mövqeyi ilə tanınır.

Check Also

Samir Adıgözəlli: Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan?

Vətəndaşlardan külli miqdarda borc aldığına görə qalmaqala düşən və mövzu ictimailəşəndən sonra millət vəkilliyindən könüllü …