Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

Erməni müxalifəti barrikadaları sökür – Video

Ermənistanın Vətənin Xilası Hərəkatı paytaxtın Baqramyan prospektindəki barrikadaları sökməyə başlayıb.

Boyukmillet.com xəbər verir ki, yollara qurulmuş çadırlar hərəkatın qərargahının yerləşdiyi Dəmirçiyan küçəsinə köçürülüb. Bu küçədə parlamentin xidməti girişi yerləşir və müxalifət həmin hissəni bağlı saxlayacaq.

Erməni mətbuatının məlumatına görə, insanlar əşyalarını yığır, ərazidən texnikanı çıxarır. Bundan başqa hərəkat liderlərinin çıxışları üçün nəzərdə tutulmuş səhnənin də söküntüsünə başlanılıb.

https://youtu.be/TyvpRJ2P0rE

Check Also

“Onlar Ramiz Mehdiyevdən danışmağa bu səbəbdən qorxurlar”- Sabiq deputatdan sensasion MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, məşhur YAP üzvü Musa Musayev …