Home » Gündəm » Ermənilər meyitlərini sayıb qurtara bilmirlər – Müdafiə və Səhiyyə nazirlikləri Paşinyanı təkzib etdilər

Ermənilər meyitlərini sayıb qurtara bilmirlər – Müdafiə və Səhiyyə nazirlikləri Paşinyanı təkzib etdilər

Ermənistan hələ də 44 günlük müharibədəki itkilərinin sayını tam dəqiqləşdirə bilməyib.

Ermənistanın Müdafiə Nazirliyindən medianın sorğusuna cavab olaraq bildirilib ki, 31 mart 2021-ci il tarixinə olan məlumata görə, Qarabağ müharibəsindəki itkilərin sayı 3049 olub. Ancaq baş nazir Nikol Paşinyan 20 martda Araqatsotn vilayətindəki görüşündə demişdi ki, ölkəsi 3250 nəfər itki verib. Onun sözlərinə görə, bundan əlavə, 189 valideyn DNK nümunəsinin cavabını gözləyir. Bununla da erməni mediası N.Paşinyanla Müdafiə Nazirliyinin açıqlamaları arasındakı ziddiyyətə diqqət çəkir. Bildirilir ki, həlak olanların sayında 201 nəfərlik fərq yaranmış olur. Erməni mediası Səhiyyə Nazirliyinə göndərdiyi sorğunun cavabında öyrənib ki, 31 mart tarixinədək 3723 meyit və qalıqlar üzərində məhkəmə-tibb ekspertizası aparılıb. Hazırda isə 238 meyit və qalıqlar araşdırılır.

Qeyri-rəsmi məlumatlara görə, Ermənistanın itkiləri 4 mindən çoxdur. Buraya Qarabağdakı qondarma rejimin itkiləri daxil deyil.

Qeyd edək ki, Ermənistanın hərbi həkimi Vitali Dəmirçiyan Xankəndi şəhərindən İrəvana 7265 meyit yolladıqlarını demişdi.

Check Also

Ərdoğan Şuşaya niyə gəlir? – Tarixi səfərin bəzi detalları məlum oldu

May ayının 20-si ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri gözlənilir. Boyukmillet.com-un əldə etdiyi …