Şənbə , 24 Yanvar 2026
Drone Cameras

Ermənilər Moskvada da Paşinyanı etirazla qarşıladılar

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 11-də Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təşkil olunmuş mitinqlə qarşılanıb.

Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir.

Etirazçılar əllərində həbs olunmuş ruhanilərin fotoşəkilləri olan plakatlar tutublar.

Aksiyaya din xadimləri də qoşulub. Onlar Rusiyada yaşayan erməniləri birləşməyə və bütün ermənilərin kilsəsi və katolikosunun yanında olmağa çağırıblar.

Xatırladaq ki, ermənilər dünən Paşinyanın işgüzar səfərdə olduğu Berlində də etiraz aksiyası təşkil etmişdilər.

Check Also

Rusiyanın MDB ölkələrinə yeni informasiya hücumu

Moskva çat verən Birlik məkanında media əməkdaşlığından bəhs etsə də, onun arxasında daha geniş və …