Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini belə etiraf ediblər – FOTOLAR

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki İran ərazisindən Cənubi Qafqaza köçürülməsindən bəhs olunur. 

Boyukmillet.com xəbər verir ki, 1978-ci ildə keçmiş Ağdərə (Mardaket) rayonunun Leninavan kəndində ermənilər tərəfindən qoyulan abidə də ermənilərin Cənubi Qafqaza, o cümlədən də Qarabağa “Türkmənçay müqaviləsi”ndən sonra köçürüldüyünü təsdiqləyir.1928-ci ildən sonra ermənilər kütləvi şəkildə İran ərazisində Qarabağa köçürüldü. 1978-ci ildə indiki Tərtər rayonun Şıxarx (Leninavan) kəndinə də Cənubi Azərbaycanın Marağa bölgəsindən təxminən 200 erməni ailəsi gətirilib. Marağadan gələn ermənilər məskublaşdıqları yerin adını erməni dilində “Marağa kəndi” mənasını verən Marağaşen adlandırıblar. 1954-cü ildə kəndin adı dəyişdirilərək Vladimir İliç Leninin şərəfinə Leninavan adlandırılıb. 1992-ci ildə kəndin adı dəyişdirilərək Şıxarx adlandırılıb.
Qeyd edək ki, 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar olaraq kənd ərazisində abidə tikilib və abidənin üzərinə erməni dilində “Marağa-150” sözü yazılıb.1988-ci ildə keçmiş Dağlıq Qarabağ vilayətində münaqişə başlayan zaman ermənilər üzərində “Marağa-150” yazılan abidəni dağıdıblar. Ermənilərin Qarabağa sonradan köçüb gəldiklərinin açıq etirafı olan həmin abidəni dağıtmaqla qondarma tarixlərini “qorumağa” çalışıblar.
Məlumat üçün bildirək ki, hazırda 1978-ci ildə tikilən və 1988-91-ci illərdə dağıdılan “Marağa-150” abidəsinin qalıqları Azərbaycanın nəzarəti altında olan Şıxarx kəndi ərazisindı qalmaqdır.Onu da qeyd edək ki, 1992-ci ilə kimi həmin kənddə yaşayan ermənilər hazırda işğal altında olan Ağdərə rayonu ərazisində erməni dilində “Yeni Marağa” mənasını verən “Nor Marağa” adı verdikləri kənddə yaşayırlar.  /Yeniavaz.com/

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …