Cümə , 6 Fevral 2026
Drone Cameras

Ermənilərdən türk ailəyə DƏHŞƏTLİ HÜCUM – YARALILAR VAR

Fransada 40 nəfərlik radikal erməni qrupun türk ailəsinə hücum etməsi nəticəsində 4 nəfər yaralanıb.

Boyukmillet.com  xəbər verir ki, radikal ermənilər Saint-Die-Des Vosges qəsəbəsində türk ailənin evinə daxil olaraq onlara hücum edib.

Ailənin adını açıqlanmayan üzvü türk mediasına deyib ki, aprelin 24-də bir erməni oğlunun üzərinə avtomobil sürüb və bu zaman mübahisə yaranıb.

Bu hadisədən sonra ermənilər dünən 40 nəfərlik qrupla ailəyə hücum ediblər. Beyzbol dəyənəyi, bıçaq və dəmir alətlərlə türk ailəsinə xəsarət yetiriblər.

Ailənin 4 üzvü yaralanıb. 3 nəfər xəstəxanaya aparılıb. Bir nəfər əməliyyat edilib. Erməni qrupun içərisində son müharibədən sonra Qarabağdan gələn bir nəfər də olub. 

Check Also

Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin …