Bazar ertəsi , 25 Sentyabr 2023

Ermənilərin Brüsseldə keçirdiyi aksiya dağıdıldı

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə yanaşması ilə razı olmayan ermənilərin aksiyası dağıdılıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Belçika, həmçinin Aİ-nin siyasi paytaxtı Brüsseldə olub.

Məlumata görə, razılaşdırılmış mitinqin iştirakçıları şəhər küçələrini bağlamağa başlayıb.

Hadisə yerinə gələn polis nümayişçilərə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymayıb. Polis onları su şırnağı ilə dağıdıb.

Check Also

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil …