Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Qarabağ » Qarabağ » Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü

Ermənilərin Qarabağda basdırdıqları minaya öz zabitləri düşdü

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupunun komandiri Qarabağda aparılan axtarış əməliyyatı zamanı minaya düşüb.

Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, operativ qrupun 1975-ci il təvəllüdlü komandiri (ad-soyadı açıqlanmır-red) bu gün günorta saatlarına mina partlayışı zamanı yaralanıb.

Partlayış zamanı onun sağ ayağından xəsarət aldığı bildirilir. O, Xankəndinin Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər yaralının həyatı üçün hər hansı təhlükənin olmadığını bildiribər. FHN-in əməkdaşı cərrahi əməliyyat edilib.

Qeyd edək ki, bu, Qarabağda müharibənin dayandırılmasından sonra ermənilərin axtarış-xilasetmə əməliyyatları zamanı xəsarət almaları ilə bağlı üçüncü hadisədir. Daha əvvəl ermənilərin basdırdıqları mina partlayışı ilə bağlı iki analoji hadisə baş verib.

Xatırladaq ki, Ermənistan noyabrın 10-da imzalanmış Qarabağ bəyanatını pozaraq minalanmış ərazilərin sərhədlərini təqdim etməkdən imtina edir.

Check Also

Laçını tərk etməyə hazırlaşan ermənilər meşəyə od vurub – VİDEO

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır. …