Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Ermənilər hərbçilərimizə əl qumbaraları ilə hücum etdi – Kəlbəcərdə SON DURUM

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.Bildirilir ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” -2-3 min manatlıq layihəyə 1000…FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin daha iri büdcə ilə eyni mövzuda filmlərin təkrar hazırlanmasına maliyyə ayırıb(?) …