Cümə , 12 Avqust 2022
Home » Gündəm » Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

Ermənistan hökuməti Laçından çıxan ermənilərə “qapını göstərir”

İşğal illərində zəbt etdikləri Laçından 10 noyabr bəyanatından sonra çıxmaq məcburiyyətində qalan ermənilər Ermənistan hökuməti üçün artıq ciddi problemə çevrilirlər. Belə ki, onlar Laçından Ermənistana qayıtdıqdan sonra hökumətin onlara heç bir dəstək göstərmədiyini bildirərək aksiyalara başlayıblar.

Boyukmillet.com xəbər verir ki, 29 yanvarda keçirilən aksiyadan sonra dəfələrlə müxtəlif instansiyalarda görüşlər keçirən ermənilər Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçiriləcək və əsasən Qarabağdan Ermənistana qayıdan ermənilərin vəziyyətinin müzakirə olunacağı iclasda iştirak edəcəklər.

Laçından çıxan ermənilər Ermənistan hökumətinin onlara maddi yardım etmədiyini bildirir, evlə təmin olunmadıqlarını deyirlər. Onların arasında hətta Qarabağdakı döyüşlərdə iştirak edənlər də var.

Bəziləri isə hətta Qarabağın işğalında iştirak etmiş şəxslərin ailələridir. Lakin hökumət onların daimi qeydiyyat yerinin Qarabağ yox, Ermənistan olduğunu, ayrı-ayrı ərazilərdə daimi qeydiyyatda olduqlarını əsas gətirərək “Qarabağ ermənisi” kimi yardımdan istifadəsinin mümkün olmadığını bildirir.

Xatrıladaq ki, Laçında zəbt etdikləri evləri tərk edən ermənilər evləri, meşələr yandırıb, ağacları, naqilləri kəsərək özləri ilə daşıyıb, heyvanları güllələyib, vandalizm aktları törədiblər.

Check Also

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub – EKSKLÜZİV

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı …