Cümə , 22 Yanvar 2021
Home » Gündəm » Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi

Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Vətən” Partiyasının idarə heyətinin üzvü Robert Arutunyan bildirib.

“Vazqen Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq”, – o deyib.

Manukyan 27 oktyabrda, Dağlıq Qarabağda müharibənin başlanmasından 1 ay sonra, hökuməti istefaya getməyə və hakimiyyəti orduya verməyə çağırıb.

Check Also

Ağ Ev yumşalır: İran dirçələcək?- “Müttəfiqlərə hər zaman təhlükə var”

Artıq ötən gündən etibarən ABŞ-ın 46-cı prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başlayıb. Bu …