Bazar , 28 May 2023

Ermənistan ordusu Naxçıvanla sərhəddə ağır itki verdi: 3 ölü, 1 yaralı

Ermənistanın Syunik (Zəngəzur) vilayətində 4 hərbçi qar uçqunu altında qalıb.

Boyukmillet.com xəbər verir ki, əsgərlərdən 3-ü həyatını itirib. Onlar Karapet Nazaryan (1991-ci il), kiçik çavuş Tiqran Arzumanyan (1994-cü il) və kiçik çavuş Nver Şahbazyandır (1995-ci il).

Müdafiə Nazirliyinin məlumatına görə, 1 əsgər yaralı xilas edilib. Əsgər Hamlet Mirzoyanın (1998-ci il) isə vəziyyəti normaldır.

Açıqlamaya görə, qar uçqunu altında qalan hərbçilər müqavilə əsasında xidmət göstərib. 

Check Also

Niderland səfiri Azərbaycanı təbrik edib

Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik …