Çərşənbə , 26 Mart 2025
Drone Cameras

Ermənistan Polisinin sabiq rəisi İNTİHAR ETDİ

Ermənistan Polisinin sabiq rəisi Ayk Arutunyan evində ölü tapılıb.  

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onun intihar etdiyi bildirilir.

Faktla bağlı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Qeyd edək ki, A. Arutyunyan 1999-2003-cü illərdə Ermənistanın Daxili İşlər naziri, 2003-2008-ci illərdə Polis rəisi, 2010-2014-cü illərdə isə Ədliyyə Nazirliyinin İstintaq əməliyyat idarəsinin rəisi vəzifələrində çalışıb. Ermənistanda 2008-ci ilin mart hadisələri üzrə ifadə verən şəxslər arasında A. Arutyunyan da olub.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …