Bazar ertəsi , 15 İyul 2024
Drone Cameras

Ermənistan TŞ-nin katibi Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə ikitərəfli münasibətləri müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

“İyunun 19-da katib Armen Qriqoryan Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertran Buhvalter və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa şöbəsinin müdiri, ATƏT-in Minsk qrupunun həmsədri Bris Rokfeyl ilə işgüzar nahar edib”, – qurumun mətbuat xidməti qeyd edib.

Bildirilib ki, görüşdə “Ermənistan – Fransa ikitərəfli çoxşaxəli əlaqələrin inkişafı” müzakirə edilib.

“Ermənistan – Fransa əməkdaşlığının perspektivləri və çoxtərəfli platformalar məsələlərinə toxunulub”, – məlumatda bildirilib.

Xatırladaq ki, daha öncə Ermənistanın Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılmışdı.

İyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Check Also

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə …