Bazar ertəsi , 25 Sentyabr 2023

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüş barədə danışmaq hələ tezdir” – Rusiya XİN

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşün təşkili barədə danışmaq hələ tezdir”.

Boyukmillet.com “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, “indi ekspert səviyyəsində, ilk növbədə ATƏT-in Minsk qrupundakı həmsədrlik çərçivəsində danışıqlar aparılır”.

Nazir müavininin sözlərinə görə, Rusiya münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünə istinad edir.

Andrey Rudenko deyib: “Çözüm bütün tərəflərin maraqlarını nəzərə alaraq hərtərəfli, siyasi olmalıdır”. 

Check Also

Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR – BU NƏDİ BELƏ?

İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. …