Bazar ertəsi , 15 İyul 2024
Drone Cameras

Ermənistan və Fransa CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıb

Ermənistan və Fransa ikincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, – paylaşımda deyilir.

Qeyd edək ki, CAESAR – “Renault Sherpa 10” yük maşını şassisinə quraşdırılmış 155 mm-lik zirehli kabinli, özüyeriyən haubitsadır.

Check Also

Ərdoğan: İnanıram ki, Trampa hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq

İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə …