Bazar ertəsi , 2 Oktyabr 2023

Ermənistan vətəndaşları Qarabağdan silah-sursat daşıyır

Ermənistanın Vardenis (Göyçə) rayonunun polis əməkdaşları Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindən qanunsuz silah aparanları saxlayıb.

“Boyukmillet.com” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Qarabağdan Vardenisə gedən avtomobildən qumbara, güllə və tüfəng aşkar edilərək müsadirə olunub.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Ermənistan vətəndaşlarının silah-sursat daşıdıqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.

Check Also

Qənirə Paşayevanın ölümü müəmmalıdır – Həkimdən şok

“Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı”. Boyukmillet.com xəbər verir ki, bu sensasion açıqlama …