Cümə axşamı , 23 Mart 2023

Ermənistanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər

Ermənistanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.

Boyukmillet.com erməni KİV-lərinə istinadla xəbər verir ki, hökumət binası qarşısında aksiyaya başlayan analar baş nazir Nikol Paşinyan ilə görüşmək istədiklərini bildirirlər. Onlar hökumətdən əsgərlərin öldürülməsinə son qoyulmasını tələb edirlər: “Tələbimiz odur ki, övladlarımızın hərbi xidmətdə öldürülməsinə son qoyulsun. N.Paşinyan bizi qəbul etməlidir və ciddi danışmalıyıq. Bu, belə davam edə bilməz. Nə qədər laqeyd olmalıyıq? Şənbə, bazar və ya gecə olsun, kitabı paylamağa vaxtı varsa, qoy, bizi qəbul etsin. Əsgər kitabdan daha vacibdir”.

Check Also

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı …