Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Region » Ermənistanda hərbi hissənin ərazisi satılıb

Ermənistanda hərbi hissənin ərazisi satılıb

Ermənistanın Lori vilayətində yerləşən hərbi hissənin ərazisi qanunsuz olaraq satılıb.

Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi cinayətlər və korrupsiyaya qarşı mübarizə üzrə Polis İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi vilayətin Stepanavan rayonunun Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisindəki 6 hektar sahəni xidməti maraqlara zidd olaraq satıb. Həmin ərazinin keçmiş hərbi hissəyə aid olduğu bildirilir. Bunun qarşılığında 2008-ci ilin martında birbaşa satış yolu ilə vətəndaşlardan 58 milyon dram (121 min dollar) alınıb. Aprel ayında torpaq mülkiyyəti barədə vətəndaşlara sənəd verilib.

Check Also

Rustavi şəhər merinin müavini: “Güclü Azərbaycan güclü Gürcüstan deməkdir”

“Rustavini azərbaycanlı bacı və qardaşlarımızla birgə qurmuşuq və şəhərin inkişafına töhfə vermişik”. Boyukmillet.com xəbər verir …