Bazar ertəsi , 25 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi » Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib

Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib

Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib.

Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq.

“Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, – V.Karapetyan bildirib.

Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.

Check Also

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu …