Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Region » Ermənistanda PUA-larla qonşu ölkələrin ərazisinin görüntülərini çəkmək qadağan edilib

Ermənistanda PUA-larla qonşu ölkələrin ərazisinin görüntülərini çəkmək qadağan edilib

Ermənistanda sərhədyanı bölgədən qonşu ölkələrin ərazisinin şəklini və videosunu çəkmək qadağan edilib.

Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan hökuməti martın 18-də “Dövlət sərhədi haqqında” və “İnzibati qanun pozuntuları haqqında” qanunlara dəyişiklik layihəsini təsdiqləyib.

Bu qanunların dəyişdirilməsi təklifi ilə Milli Təhlükəsizlik Xidməti çıxış edib və sərhədyanı ərazilərdə video çəkilişlərin aparılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.

Dəyişikliklərlə sərhəddə pilotsuz uçan aparatlardan (PUA) icazəsiz istifadə, foto və video çəkilişlərə görə 100 min dram (təqribən 190 dollar) cərimə nəzərdə tutulub. Bu cür çəkilişlər üçün xüsusi icazə tələb olunacaq.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin çəkilişləri məhdudlaşdırmaq planları barədə məlumatlar hələ İkinci Qarabağ müharibəsindən öncə yayılmışdı.

Check Also

Qətər İslamiadadakı qalmaqala görə Türkiyədən üzr istəyib

Qətər Voleybol Federasiyası milli komandanın üzvü Saad Sulamanın Konyada keçirilən V islam Həmrəyliyi Oyunlarında səbəb …