Çərşənbə , 16 İyun 2021
Home » Siyasət » Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır – Britaniyalı professor

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır – Britaniyalı professor

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.

Bunu Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın britaniyalı professoru Taras Kuzio Trend-ə bildirib.

Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.

Taras Kuzio deyib: “Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan təmizlənməsi məsələsinə məsuliyyətli yanaşsa və əməkdaşlıq etsəydi, Azərbaycan jurnalistlərinin faciəli ölümündən qaçınmaq olardı”.

Check Also

Türkiyə Prezidenti: “Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq”

“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq …