Şənbə , 2 Dekabr 2023

Ermənistanın tanınmış ictimai xadimi Paşinyanı Azərbaycanla razılaşmağa ÇAĞIRDI

Ermənistanın tanınmış kino və teatr xadimi Georgi Vanyan ölkəsinin baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, müharibəni dayandırıb Azərbaycanla razılaşmağa çağırıb.

Məktubda deyilir:

– Ermənistan öz vətəndaşlarına qarşı belə, cinayət həddini çoxdan keçib. Cinayətkarcasına qələbə çalmaq tamaşasını dayandırın: qonşu üzərində qələbə çalmazlar, qonşunu tapdalamazlar, qonşunu məhv etməzlər. Qonşu ilə danışarlar, danışarlar, danışarlar… Ta o vaxta qədər ki, eyni dildə danışmaq bacarığı yaranar, qarşılıqlı anlaşma olar.

Qonşuların bir-birini məhv etmək cəhdi tərəflərin özlərini məhv etməsinə aparan yoldur.

Unudun, “strateji müttəfiqin” xilaskar gücü barədə cinayətkarcasına yalandan imtina edin.

Bu davamlı qırğın şəraitində unudun! Gülünc müttəfiq axtarışından əl çəkin! Soyqırımın tanınması üçün beynəlxalq ictimaiyyətdən biabırçı sədəqə ümidini dayandırın!

Hərəkətsizliyin öhdəsindən gəlin, cinayətkarcasına olan millətçi tabuları aradan qaldırın.

Son 30 ildə, xüsusən də bu gün bizim bir müttəfiqimiz ola bilərdi – bu da qonşu Azərbaycandır. Deyin, qorxmadan həmkarınızın üzünə baxın.

Check Also

Bərdədə yeni xəstəxananın tikilməsi üçün… – Fatma Yıldırım

Bərdədə yeni xəstəxananın tikilməsi ilə bağlı sakinlərin xahişi var. Boyukmillet.com xəbər verir ki, bunun Milli Məclisin …