Cümə , 2 Dekabr 2022
Home » Ersin Tatar İznikdə Ərdoğanla görüşdü

Ersin Tatar İznikdə Ərdoğanla görüşdü

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. 
Boyukmillet.com xəbər verir ki, Bursa vilayətinin İznik bölgəsində keçirilən 4-cü Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra keçirilən görüş təxminən 20 dəqiqə davam edib. 

Görüşdə KKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib. 

Oyunların keçirildiyi ərazidə qurulan Prezident çadırında baş tutan görüşdə Ersin Tatar Ərdoğanla yanaşı, qonaq prezidentlərlə də görüşmək imkanı əldə edib. 

Görüşlə bağlı mətbuata açıqlama verən Ersin Tatar Qırğızıstan prezidenti və oyunlarda iştirak edən dövlətlərin rəsmiləri, eləcə də Ərdoğanla görüşmək imkanı əldə etdiyini bildirib və türk dövlətləri ilə əlaqələri inkişaf etdirməyi hədəflədiklərini qeyd edib. 

Ersin Tatar Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışından və daha sonra Milli Təhlükəsizlik Şurasında qəbul edilən qərardan məmnunluğunu ifadə edib.

Check Also

Azərbaycan lideri: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”. Boyukmillet.com xəbər verir ki, …

Qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb

Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə …

ABŞ Rusiyaya bağlı “Vaqner” dəstəsini terror təşkilatı elan etmək niyyətindədir

ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb …