Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Qarabağ » Fərarilik edən erməni hərbçilər: “Göydən od ələnirdi, biz nə edə bilərdik?”

Fərarilik edən erməni hərbçilər: “Göydən od ələnirdi, biz nə edə bilərdik?”

Ermənistan hüquq-mühafizə orqanları çox ciddi böhranla üzbəüz qalıblar.

Ermənistanın “Joğovurd” qəzeti yazır verir ki, 10 mindən çox hərbçi fərarilik, döyüş mövqelərini tərk etmə və döyüş meydanından qaçmaqda ittiham olunur. Bu qədər çox işi sonlandırmaq üçün prokurorluq orqanlarının kifayət qədər müstəntiqi və zamanı isə yoxdur.

“Ona görə də son günlər prokurorluq orqanları müharibə dövründə döyüş mövqelərini tərk edən, qaçan şəxslərdən ifadə alır. İfadə verən əsgərlər isə müharibəyə yüksək hazırlıqla getdiklərini lakin “göydən od ələnirdisə, dostlarımız yanımızda külə dönürdüsə, neyləmək olardı?”. Başqa seçimizin qalmırdı, sağ qalmaq üçün qaçırdıq. Nə etməli idik? Ölməliydik?” – deyə sual edirlər.

“Joğovurd” qəzetinin yazdığına görə, ifadələri dinləyən müstəntiqlər hansı hüquqi qərarı verəcəklərini bilmirlər. Ümumilikdə, Ermənistanda Qarabağ döyüşləri zamanı fərarilik faktları ilə bağlı 10 mindən çox cinayət işi açılıb.

Check Also

Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri …