Şura yeni xidmətin tətbiqinə başlayır!
QHT.az xəbər veri ki, 11 sentyabr, 2019-cu il, saat 15:00-da SƏLİS-in e-məsləhət xidmətinin tətbiqinə başlanılacaq.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun rəsmi feysbuq səhifəsində canlı yayımda çıxış edəcək, həmçinin QHT-lərin suallarını cavablandıracaq.
