Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Qarabağ » Qarabağ » Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”

Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”

“Şuşada türkdilli dövlətlərin araşdırmalar mərkəzlərinin növbədənkənar toplantısındayıq. Payızda isə Özbəkistanda beyin mərkəzlərinin toplantısının keçirilməsi gözlənilir”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bu gün biz türkdili ölkələrin üzləşdiyi problem və çağırışları, bu dövlətlərdə baş verən son hadisələri müzakirə edəcəyik”, – o əlavə edib.

F.Şəfiyev vurğulayıb ki, bu görüşün Şuşada keçirilməsi çox əlamətdar hadisədir: “Türkün səsi indi burada da eşidiləcək”.

Check Also

İlham Əliyev Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib. …