Şənbə , 28 May 2022
Home » Siyasət » Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb – FOTO

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb – FOTO

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər.

Qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək, 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fahrettin Altuna qəbula görə təşəkkürünü bildirirək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və kostyum şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 3 nəfər, ayaqüstə duran insanlar və kostyum şəkili ola bilər
Bir 2 nəfər və içəridə şəkili ola bilər
Bir 5 nəfər, oturan insanlar, cədvəl və içəridə şəkili ola bilər

Check Also

“Türkiyə Azərbaycan münasibətləri qardaşlığın ən ali zirvəsindədir” – V.üsalə Hüseynli

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. …