Çərşənbə , 25 May 2022
Home » hadisə » FHN əməkdaşı Ağdamda minaya düşüb

FHN əməkdaşı Ağdamda minaya düşüb

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Bu barədə  FHN-dən məlumat verilib.

Qeyd olunub ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

Check Also

Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: …