Cümə , 5 Dekabr 2025
Drone Cameras

FHN: Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Check Also

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub. Laçın …