Çərşənbə , 16 İyun 2021
Home » Mədəniyyət » Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək

Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza “Report”a bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, – o deyib.

X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Check Also

Дню Республіки присвячується: «Діалог Дружби: Україна – Азербайджан»

29 травня за ініціативи Посольства Азербайджанської Республіки в Україні, організації Почесного консульства Азербайджанської Республіки в …