Cümə , 22 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi » Fransa Senatoru Natali Qule: Qarabağı artıq ürəyimlə deyil, gözlərimlə görəcəm

Fransa Senatoru Natali Qule: Qarabağı artıq ürəyimlə deyil, gözlərimlə görəcəm

Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib.

Boyukmillet.com  xəbər verir ki, o, özünün tvitterdəki hesabında Dağlıq Qarabağla bağlı paylaşım edib.

Natali Qule yazıb: “Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm”.

O, paylaşımına Azərbaycan və Fransanın bayraqlarının şəkillərini də əlavə edib. Qeyd edək ki, Natali Quli dəfələrlə Ermənistanın təcavüzkar dövlət olduğunu, işğalçılıq siyasəti yürütdüyünü bildirib.

Check Also

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu …